Yuxarı

Kanada da rus məmurlarına sanksiya tətbiq etdi - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada 7 rusiyalı və 3 krımlı məsul məmura qarşı sanksiya tətbiq edib.

"Axar.az" məlumat verir ki, artıq qadağaya məruz qalan həmin şəxslərin adları Kanada hökumətinin rəsmi saytında yerləşdirilib.

Siyahıya Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin, prezidentin məsləhətçisi Sergey Qlazyevin, Putinin köməkçisi Vladislav Surkovun, Federal Şuranın spikeri Valentina Matviyenkonun, senator Andrey Klişasın, deputatlar Yelena Mizulina və Leonid Sluçkinin adları daxil edilib.

Bundan başqa, siyahıda Krımın Baş naziri Sergey Aksyonov, Krım Ali Radasının sədri Vladimir Konstantinovun və "Ukraynanın seçmi" İctimai Birliyinin lideri, prezident Vladimir Putinin dostu Viktor Medvedçukun da adları var.

Kanada Baş naziri Stiven Xarperin sözlərinə görə, məhz sözügedən şəxslər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zərbə vurub.

Xatırladaq ki, sanksiyalar həmin şəxslərin Kanadaya girişini qadağan edir.

Tarix
2014.03.18 / 17:22
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla