Yuxarı

Deputatın qatilinə ömürlük həbs cəzası verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada parlamentin deputatı Co Koksu qətlə yetirən 53 yaşlı Tomas Mayr ömürlük həbs cəzasına məhkum olunub.

Axar.az xəbər verir ki, Old Beyli məhkəməsi müttəhimi bütün maddələr üzrə – qəsdən adam öldürməkdə, ağır bədən xəsarətləri yetirməkdə, soyuq və odlu silah saxlamaqda təqsirli bilib.

Leyborist deputat, iki uşaq anası Co Koks bu ilin iyununda, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendum ərəfəsində aparılan kampaniyanın gedişində öz seçki dairəsində öldürülmüşdü. Tomas Mayr qadına qəbul otağının qapısı qarşısında hücum edərək ona bir neçə bıçaq zərbəsi endirmiş və tapançadan üç atəş açmışdı.

Məhkəmə müəyyənləşdirib ki, hücum edən işsiz şəxs neonasist təşkilatın üzvü olub, qətli törətməyə isə bir neçə həftə ərzində hazırlaşıb. Hücumdan sonra gizlənməyə cəhd göstərməyib və dərhal polisin əlinə keçib.

Tarix
2016.11.23 / 23:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda Azərbaycanla bağlı cinayət işi bağlandı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla