Yuxarı

TBMM-dən "Türk axını" ilə bağlı qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin xarici əlaqələr komissiyası “Türk axını” qaz borusunun tikintisinə dair qanun layihəsini dəstəkləyib.

APA-nın verdiyi xəbərə görə, Rusiya-Türkiyə sazişinin ratifikasiyası haqqında qanun layihəsinin baş nazir Binəli Yıldırımın Moskvaya səfəri ərəfəsində təsdiqlənəcəyi gözlənilir. Xatırladaq ki, B.Yıldırımın 6-7 dekabr tarixlərində Rusiyaya səfəri planlaşdırılıb.

Layihə 2019-cu ilədək magistral qaz borusunun Qara dənizin dibi ilə iki xəttinin tikintisini nəzərdə tutur. Onlardan biri Türkiyə bazarı, digəri isə Türkiyə ərazisi üzərindən Avropa ölkələri üçün nəzərdə tutulub. Xəttin hər birinin ötürmə gücü 15,75 mlrd. kubmetr təşkil edəcək.

Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabrında Aİ-nin mövqeyi səbəbindən “Cənub axını” qaz borusu layihəsindən imtina edib. “Türk axını” layihəsi isə Rusiyaya məxsus “SU-24” təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra dondurulmuşdu. Türkiyə tərəfi bu ilin iyulunda insidentə görə üzrxahlıq etdikdən sonra danışıqlar bərpa edilib.

Tarix
2016.11.30 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla