Yuxarı

NATO: "Rusiyaya qarşı Azərbaycandan istifadə ediləcək"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Ukrayna və Krımda yaşanan olaylarla bağlı Rusiya ilə bütün mülki və hərbi əlaqələri asqıya alıb.

"Axar.az" xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 28 ölkəsinin Xarici İşlər naziri Rusiyanın Krımı ələ keçirməsindən sonra ilk dəfə bu gün Brüsseldə bir araya gələrək Ukrayna böhranını müzakirə ediblər. NATO Rusiyanı təcili olaraq beynəlxalq hüquqa riayət etməyə çağırıb.

Ukraynalı nümayəndə Andriy Deşiçitsiya ilə nazirlər Ukraynaya və bu ölkənin müdafiəsinə necə yardımçı ola biləcəklərini müzakirə ediblər.

NATO Ukraynada baş verən gərginlik səbəbindən Rusiyaya yaxın olan Ermənistan, Azərbaycan və Moldova ilə hərbi əməkdaşlığı artıracaq. Bu ölkələrlə üzvlük məsələləri müzakirə ediləcək və NATO hərbi qüvvələri bölgədə hərbi təlimlər keçirəcək.

Rumıniya prezidenti Traian Basesku da ABŞ-ın bu ölkədə NATO-ya aid əsgərlərin və hərbi təyyarələrin sayını artırmaq istədiyini açıqlayıb. ABŞ 1999-cu ildən bəri Ruminiyada olan 600 əsgər sayını 1000-ə çıxarmağı planlaşdırır.

Anders Rasmussen də Rusiya ilə əvvəlki kimi münasibətlərin davam etdirilə bilinməyəcəyini qeyd edib.

Tarix
2014.04.01 / 21:26
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla