Yuxarı

Bu günəcən açılmayan 5 sirli hadisə - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmişdə yaşanmış o qədər sirli olaylar var ki, bəziləri gerçəkdən heyrət doğurur.

Axar.az xəbər verir ki, bu tip olayların sirri açılmayanda onlar daha diqqətçəkici, heyrətləndirici olur.

Ölü adamın qeydləri adı verilən hadisə - “Tamam şüd” əhvalatı 1 may 1948-ci ildə sübh tezdən Avstraliyanın Somerton sahilinə dənizdən şəxsiyyəti bilinməyən bir cəsədin çıxmasıyla başlayıb. Yaz olmasına baxmayaraq, cəsəd olduqca qalın geyimdə olub və sudan çıxan bir cəsəd üçün geyimləri həddən artıq təmizliyi ilə diqqət çəkib. Maraqlıdır ki, onun son dərəcə keyfiyyətli geyiminin üstündə heç bir firma yarlığı olmayıb. Cəsədin yarılması nəticəsində onun naməlum bir maddədən zəhərləndiyi üzə çıxıb.

Hadisəni sirr pərdəsinə bürüyən fakt isə onun cibindən çıxan “Tamam şüd” yazılı kağız parçasıdır.

Araşdırmalar nəticəsində bu sözün Ömər Xəyyama aid bir şeirin “bitdi, başa çatdı” anlamına gələn son rübaisi olduğu anlaşılır. Bu şeir böyük şairin “Rübailər" adlı kitabının son səhifəsində yer alır.

Bundan sonra polis kitabın bütün nüsxələrini axtarmağa başlayır. Kağızın fotosu qəzetlərdə yayılır. Maşınını 30 noyabrda qapıları kilidləmədən saxlamış bir adam bu kitabın ilk nəşrlərindən birini maşının arxa oturacağında tapdığını və qəzetdəki elana görə gəldiyini polisə bildirir.

Lakin onun təqdim etdiyi kitabda "tamam şüd" kəlməsi yazılmış son səhifə olmayıb. Və ən maraqlısı araşdırmalardan sonra gəlinən bu qənaətdir: cəsədin cibində tapılan kağız həmin kitabdan qoparılıb...

Kitabın arxasında baş şriftlərlə yazılmış mənası anlaşılmayan ifadələr, kodlar var. Bununla bağlı müxtəlif ehtimallar olsa da, heç vaxt açılmayan bu yazılar və adsız cəsədin sirri o gün-bu gün öz ciddiyyətini qoruyub saxlayır.

Açılmayan daha 4 sirr haqda videoda:

Tarix
2017.01.17 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda Azərbaycanla bağlı cinayət işi bağlandı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla