Yuxarı

Gülənin ordudakı gizli şifrələri ortaya çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində davam edən FETÖ/PDY istintaqı çərçivəsində ifadəsi alınan “Ərhan” kod adlı hərbçi gülənçi təşkilatın ordudakı rıçaqları ilə bağlı maraqlı məlumatlar verib.

Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hərbçi FETÖ lideri Fətullah Gülənin orduda böyük nüfuza malik olduğunu deyib:

“Onun çox yaxşı bir insan olduğunu deyirdilər. Tez-tez Gülənin moizələrinə qulaq asırdıq. Zamanla ondan xoşu gəlməyən insanların belə fikri dəyişir, ona simpatiyası yaranırdı. Hərbçilərə Gülənin kitabların oxutdurur, imtahanlarda ciddi yardım edirdilər.

İbadət edərkən şübhələnməmələri üçün hamının kod adı olurdu”.

Onun sözlərinə görə, 17-25 dekabr hadisələrindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə aparılan kampaniya daha da güclənib:

“Gülən 6 ay sonra hər şeyin yaxşı olacağını demişdi. İki il sonra isə Türkiyədə köklü dəyişikliyin baş verəcəyini deyirdilər. Gülən tez-tez bizə göstərilən bir videosunda “Siz burada rahat şəkildə namaz qıldığınız halda, Hollandiyadakı, Danimarkadakı, Kambocadakı dostlarınız nə zaman, harada və necə namaz qılım, deyə düşünürlər”, - deyirdi.

Bu moizəsində Hərbi Hava Qüvvələri “Hollandiya”, Hərbi Dəniz Qüvvələri “Danimarka”, Quru Qoşunları isə “Kamboca” adı ilə şifrələnibmiş”.

Tarix
2017.01.30 / 14:01
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla