Yuxarı

Ermənilər 10 dollara səsini satır - Bərbəryan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda ədalət” adlı təşəbbüs qrupu hələ ötən ilin sonlarında 2017-ci ilin aprelində Ermənistanda keçiriləcək parlament seçkisini müşahidə edəcəyini bəyan edib.

Bu hərəkatı erməni diasporunun tanınmış üzvləri yaradıblar.

Azadlıq radiosu bildirir ki, təşəbbüs qrupunun üzvü, kanadalı rejissor Atom Eqoyan Los-Ancelesdə keçirilən forumda aprel seçkisinin nəticələrinin onlar üçün qabaqcadan bəlli olduğunu deyib.

“Real böhran budur ki, biz seçkidə nə olacağını bilirik və nəticələrlə barışmamalıyıq. Biz siyasi motivli həbslərə etiraz etməliyik. Seçkinin nəticələrini bilirik, amma indi seçkidən sonra nə olacağını düşünməli və erməni diasporu kimi bu ölkədəki proseslərdə biz də iştirak etməliyik. Gəlin lazım olsa ora gedək, küçələrdə oturaq”, - Eqoyan deyib.

Eqoyanın həyat yoldaşı və kanadalı aktrisa Arsin Xancyansa deyib ki, təkcə seçkiləri müşahidə etməklə iş bitmir, xaricdə yaşayan Ermənistan vətəndaşları ölkəyə gedib səs verməlidirlər.

“Nəyinsə dəyişməsinə hələ ki, azacıq da olsa ümid var. Amma bu dəyişiklik yalnız bizim iştirakımızla mümkündür. Biz diaspor kimi status-kvonun (Dağlıq Qarabağ münaqişəsində) saxlanmasının yeganə yol olduğunu düşünməməliyik, bu əksər hissəsi oliqarxlar tərəfindən zəbt edilmiş dövlətə dəstəkdir”, - Xancyan deyib.

Forumda iştirak edənlərdən biri, yumorist Bage Bərbəryan isə deyib ki, onların işi təkcə Ermənistandakı hakimiyyətə təsir etmək yox, həm də ölkə sakinlərinə dəyişikliyin yolunu göstərməkdir.

“İnsanlar həqiqətən də öz səslərini 5 min drama (rəxminən 10 dollar) satırlar. Biz təkcə bu səsləri alan məmurlara yox, həm də onu satan insanlara təzyiq edirik ki, səslərini satmasınlar”, - Bərbəryan vurğulayıb.

Ermənistanda növbəti parlament seçkisi bu il aprelin 2-də keçiriləcək.

Tarix
2017.01.31 / 23:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla