Yuxarı

Lavrov “Teleqraf”a cavab verdi: “Etməmişik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Britaniyanın “Teleqraf” qəzetinin xəbərinə reaksiya verib.

Axar.az xəbər verir ki, nazir qəzetin Rusiyanı Monteneqrodakı çevriliş cəhdində günahlandırmasının qəbuledilməz olduğunu bildirib. O, bu xəbərin Qərbə qarşı kiberhücumlar, Rusiyanın Qərb ölkələrinin çoxunda seçkilərə müdaxiləsi və Trampın rus kəşfiyyatı ilə əlaqələri kimi informasiyalarla eyni sırada yer aldığını bildirib.

Qeyd edək ki, “Teleqraf” qəzeti bu gün dərc etdiyi məqalədə Rusiya xüsusi xidmət orqanlarını Monteneqroda çevriliş etməkdə günahlandırıb.

Oktyabrın 16-da Monteneqro polisi ölkədə çevriliş cəhdinin qarşısını alıb. Nəticədə Rusiya və Serbiya vətəndaşlarından ibarət dəstə tutulub. Sonradan bəlli olub ki, bu dəstə Baş nazir Milo Cukanoviçə sui-qəsd hazırlayıb. Çevrilişin əsas təşkilatçıları Şirokov, Popov və Serbiya Hərbi Polisinin eks-komandiri Bratislav Dikiç olub. Belə ki, Popovla Şirokov Dikiçə 200 min avro verərək, ondan hakimiyyətin zorla ələ keçirilməsi üçün dəstə formalaşdırmasını istəyib.

Tarix
2017.02.20 / 14:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla