Yuxarı

ABŞ İŞİD-in arxasına desant atdı, şiddətli döyüşlər başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ koalsiyasının təyyarələri ilk dəfə olaraq Suriyada Rakka şəhəri yaxınlığındakı Tabqa su bəndi rayonuna desant çıxarıb.

Pentaqon xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) döyüşçüləri İŞİD terror birləşməsinin cəbhə xəttinin arxasına atılıb. Xəbərə görə, hazırda su bəndi ətrafında şiddətli döyüşlər gedir. Cəbhə xəttinin bu hissəsindəki İŞİD qüvvələri əsasən xarici cihadçılardan ibarətdir. Bu əməliyyatdan az əvvəl ABŞ koalisiyasına daxil olan ölkələrin nümayəndələri Vaşiqntonda görüşmüşdülər.

Dövlət katibi Rex Tillerson martın 22-də keçirilən görüşdə iştirak edənlərə deyib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi “artıq bir vaxt məsələsidir”. Pentaqon kürdlərin üstünlük təşkil etdiyi SDQ-nin ərəb döyüşçülərinin desant çıxarılmasında neçə təyyarənin iştirak etdiyi barədə məlumat verməyib.

Tabqa su bəndi İŞİD-in de fakto paytaxtı Rakkanın 45 kilometrliyində yerləşir. Martın 22-də səhərin erkən saatlarında çıxarılan desant İŞİD cihadçıları üçün tam gözlənilməz olub. Ətraf əraziləri elektrik enerjisi iilə təmin edən Tabqa su anbarı İŞİD döyüşçülərinin əsas istehkamlarından biri sayılır.

Koalisiyanın sözçüsü polkovnik Cosef Skrocca deyib ki, desant çıxaran təyyarələrin hamısı sağ-salamat bazaya qayıdıb və desantlar atəş altına düşməyib. Bu da xəbər verilir ki, sözügedən desant əməliyyatına havadan “Apaçi” helikopteri dəstək verib və bu ayın əvvəllərində Suriyaya gətirilmiş dəniz piyadaları İŞİD-in mövqelərini artilleriya atəşinə tutublar.

SDQ qüvvələri bildirib ki, onun döyüşçüləri Fərat çayının cənubunda dörd kəndi ələ keçirərək Rakkanı Hələblə birləşdirən magistral yolu kəsiblər.

Qeyd edək ki, ABŞ koalisiyasının 2014-cü ilin dekabrından bəri ilk dəfə keçirilən iclasında dövlət katibi Tillerson ABŞ İslam Dövləti adlandırılan təşkilata qarşı döyüşən qüvvələrini gücləndirəcəyini deyib. O bildirib ki, ABŞ-ın siyasəti “qəddar terrorçu təşkilatı dağıtmaqdır”. Dövlət katibi əlavə edib ki, Suriyaya axışan cihadçıların sayı ötən illə müqayisədə 90 faiz azalıb.

İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin bütün müavinlərinin artıq məhv edildiyini deyən Tillerson “Bağdadinin özünün belə bir aqibətlə üzləşəcəyi indi yalnız vaxt məsələsidir” – deyə əlavə edib.

Virtualaz.org

Tarix
2017.03.23 / 11:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla