Yuxarı

Tiflislə İrəvan arasında "İqla" mübahisəsi: Nazirdən cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Daxili İşlər Nazirliyi Ermənistanın 3 vətəndaşının Ermənistanın sərhəd-keçid məntəqəsindən “İqla” (“İynə”) zenit-raket kompleksinin keçirilməsi məsələsi ilə bağlı məlumatı diqqətdə saxlayır.

Musavat.com xəbər verir ki, bununla bağlı nazir Georgi Mqebrişvili açıqlama verib. Ancaq gürcü nazir erməni rəsmilərinin iddialarını təsdiqləməyib.

“Hələlik “İqla” zenit-raket kompleksinin tranzit ölkə kimi Gürcüstandan Ermənistana keçirildiyini təsdiqləmək olmaz. Araşdırmalar gedir, detallar öyrənilir. Biz erməni həmkarlarımızla əlaqədəyik və araşdırmaların gedişi ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq”, - nazir jurnalistlərə deyib.

Ermənistan rəsmilərinin iddialarına rəğmən, gürcü nazir silah qaçaqmalçılığı prosesində Gürcüstanın iştirakı ilə bağlı ortada dəlillərin olmadığını deyib. “Silahın Gürcüstan vasitəsilə Ermənistana keçirildiyini dəqiq demək çətindir. Onlar belə deyə bilər, ancaq biz araşdırmaları davam etdiririk”, - nazir əlavə edib.

Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti 22 martda “İqla” zenit-raket kompleksinin Gürcüstandan keçirilərkən aşkarlandığını, 2 nəfərin hadisə yerində saxlandığını, sifarişçi Qarabağ separatçılarının sabiq “müdafiə naziri” Samvel Babayanın isə bir neçə saat sonra həbs edildiyini açıqlayıb.

Tarix
2017.03.24 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla