Yuxarı

Çavuşoğlu: Azərbaycan, Türkiyə və Rusiya...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı çərçivəsində əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirə bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Alanyada keçirilən Rus Mətbuat Şurasının konfransında (23-26 aprel), "Baku Network" Ekspert şurasının rəhbəri, Trend BİA-nın baş direktorunun müavini Elxan Ələsgərovun sualına cavab olaraq bildirib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyənin Azərbaycan ilə münasibətləri yüksək səviyyədədir və Rusiya ilə də yaxşı münasibətləri var.

Nazir əminliklə bildirib ki, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı üç ölkənin əməkdaşlığının müsbət nümunəsi olacaq.

Bu gün regionda bir sıra üçtərəfli formatlar mövcuddur, belə ki, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Gürcüstan-Türkiyə.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə görüş çərçivəsində deyib ki, Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi formalaşdırıla bilər və Moskvada və Ankarada təklif olunan sxemə çox müsbət yanaşırlar.

Tarix
2017.04.23 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla