Yuxarı

Venesuela Amerikanın ən nüfuzlu qurumundan çıxır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Amerika Dövlətləri Təşkilatından çıxmaq prosesini başlatmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Venesuela Xarici İşlər naziri Delsi Rodriqes söyləyib.

“Amerika Dövlətləri Təşkilatı bizdən xəbərsiz buraya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi haqqında qərar qəbul edib. Buna uyğun olaraq Prezident Nikolas Maduro təşkilatdan çıxmaqla bağlı prosesin başladılmasını əmr edib”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün ADT xarici işlər nazirlərinin iclası keçiriləcək. İclasda əsas müzakirə mövzusu Venesueladakı vəziyyət olacaq.

Venesuela hökuməti bundan öncə ADT-nin ölkəyə hərbi müdaxilə etməsi haqqında bəyanat yayıb.

Venesuelada yaranan böhran səngimək bilmir. Prezident Maduronun istefası üçün müxalifətin keçirdiyi aksiyaların sayı getdikcə artır. Artıq bu aksiyalarda ölənlərin sayı 25-ə çatıb.

Tarix
2017.04.26 / 10:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla