Yuxarı

Şovinist liderin atası: Qızımın şansı çoxdur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızımın Emmanuel Makrona nisbətən şansı daha böyükdür.

Axar.az xəbər verir ki, bu sözləri Fransanın ultrasağçı lideri, Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Penin atası Jan-Mari Le Pen deyib.

“Makron ikinci Olland hesab edilir. Onun yeganə müsbət cəhəti odur ki, hələ ki, heç nə etməyib. Ona görə də onu tənqid etmək çətindir. Marin Le Pen isə cəbhənin ruporudur. O, artıq öz gücünü hiss edib. Biz görürük ki, bu güc ildən-ilə güclənir. Le Penin Makrona nisbətən şansı daha böyükdür”, - Le Pen bildirib.

Qeyd edək ki, Fransada prezident seçkisinin ikinci turunun favoriti Makron sayılır. Onun ən azı 60 faiz səs toplayacağı sosial sorğularla təsdiqlənib.

Le Pen isə səsini artırmaq niyyəti ilə fəaliyyətini davam etdirir. Ötən gün Le Penin lideri olduğu Milli Cəbhə “Qalx, Fransa” ilə koalisiya yaradıb.

Tarix
2017.04.30 / 21:25
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla