Yuxarı

Rəfsancani öldü, yoxsa öldürüldü? - İranın gizli tarixi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

Əli Əkbər Haşimi Rəfsəncani

İranda 1989-cu ilə qədər ölkənin başında prezident dayansa da, idarə edən şəxs baş nazir idi. Məhz həmin il prezidentin səlahiyyətləri artırıldı və baş nazirlik ləğv edildi. Beləliklə, yeni bir sistemə keçid alındı.

3 avqust 1989-cu ildə İranın birinci dini lideri Xomeyninin ən güvəndiyi insanlardan olan və ikinci dini lider Xameneinin yaxın dostu Əli Əkbər Rəfsəncani İranın dördüncü prezidenti seçildi. O, 1997-ci ilə qədər bu vəzifədə qaldı. Rəfsəncani mühafizəkar mollaların toplandığı Ruhaniyyət mübariz topluluğunun ən öndə gələnlərindən idi.

Rəfsəncani ilk dördillikdə reformistləri də öz hökumətinə daxil edərək, özünün birləşdirici güc olduğunu göstərməklə yanaşı, hökumətinin görəcəyi işlərə haqq qazandırmaq məqsədi güdürdü. Amma Rəfsəncaninin qurduğu hökumət siyasi rejim üçün çox həssas olan İnformasiya və Kəşfiyyat Nazirliyi kimi nazirliklərdən başqa teokratlardan təşkil olunmuşdu. Rəfsəncani iqtisadiyyatda liberal siyasətə inanan biri olmaqla yanaşı, İranın ABŞ-la dialoq qura biləcəyinə inandığını qısıq səslə də olsa, deyirdi.

Rəfsəncani İran-İraq savaşını idarə edənlərdən biri olduğu üçün həmin vaxt gizli də olsa, ABŞ və Qərb ölkələri ilə görüşlər keçirirdi. O illərdə Rəfsəncani dini liderdən sonra siyasi rejimin ikinci yüksək adamıydı. Bu da ona istədiyini edə bilmək üçün güc verirdi. Rəfsəncani İran-İraq savaşında İranın zədələnmiş və dağılmış infrastrukturunu yeniləmək, inkişaf etdirmək şüarıyla iş başına gəldi. Bunun üçün də o, ilk dəfə 5 illik inkişaf planı hazırladı.

Rəfsəncani ölkə təsislərini yeniləmək işlərinin çoxunu İnqilab Keşikçiləri Korpusuna verərək, onları iqtisadi sahəyə daxil və hakim etdi. O, bu işi ilə İnqilab Keşikçilərinin İran siyasətində təsirinə iqtisadi güc verdi və İran siyasətinə əsgərlərin təsirini artırdı.

Bu, sonralar onun üçün problemə çevrildi. Rəfsəncani açıq qapı iqtisadi siyasətini tətbiq etdi. Onun dönəmi İranın siyasi, diplomatik və iqtisadi olaraq dünyaya açılmağa başladığı illər olsa da, bu məsələdə Rəfsəncanini uğursuz saymaq olar. Onun dövründ İran hakimiyyətinə müxaliflərdən bəziləri xaricdə terrora qurban getdi, daxildə bəzi müxalif yazarlar, sənətçilər, aydınlar gizlicə öldürüldü. Sonralar bu ölümlərin İran Kəşfiyyat Nazirliyinin əliylə və bəzi din xadimlərinin əmriylə olduğu ortaya çıxdı.

Rəfsəncani dönəmində Argentinada musəvilərin mərkəzində baş verən terror əməlinin İran tərəfindən planlandığı iddia edildi. Bu kimi terror olayları Rəfsəncani hökumətinin dünya ilə sülhpərvər münasibət qurmasının qarşısını aldı.

Rəfsəncani teknokrat hökumət quraraq, ölkə təsislərini yeniləmək işinə girişdi, amma onun bu yeniləmələri sonradan böyük problemlərə yol açdı.

Rəfsəncani dönəmində artan rüşvət və korrupsiya halları İranda müxalifətin, tələbələrin etirazlarına səbəb oldu. Onun vaxtında infilyasiya təxminən ikiqat artdı və ölkədə görülməmiş bahalaşma yaşandı, ölkə 50 milyard dollarlıq xarici borcun altına girdi. Yoxsullar daha da yoxsullaşarkən, zənginlər və dövlət adamlarının uşaqları, qohum və əqrabaları daha da zənginləşdilər.

Bütün bunlara baxmayaraq, Rəfsəncani dönəmini İranda “inkişaf dönəmi” adlandırmaq olar. Amma bu inkişaf problemsiz ötüşmədi.

Rəfsəncani mühafizəkar yenidənqurma komandiri kimi İranın siyasi tarixinə düşdü. Toplumun yoxsul kəsimləri, xüsusən tələbələr onun dönəmində ona və var-dövlət verdiyi kəsimlərə qarşı güclü bir müxalifət yaratdılar. O, İranda bir tərəfdən böyük siyasətçi, digər tərəfdən isə korrupsiyanın simvolu kimi qəbul edilir.

Rəfsəncani son illərində daha çox reformistlərə yaxınlaşaraq, xalq içində yenidən etibar qazandı. Bu da onun rejimin gözündə arzuolunmaz şəxsə çevrilməsinə zəmin yaratdı.

Rəfsəncani 2017-ci ilin ilk ayında, 82 yaşında hovuzda üzərkən ürəyi dayandı və vəfat etdi. Onun öldürüldüyünə dair bəzi iddialar da ortaya atıldı.

Onun cənazəsi 2 milyon insanın iştirakı ilə Xomeyninin məqbərəsinin yanında torpağa tapşırıldı.

Ardı var

Tarix
2017.05.15 / 09:09
Müəllif
Umud Mahdian
Şərhlər
Digər xəbərlər

Paşinyandan sülh açıqlaması: Vaxtı çatdı

Uraloğlu: Zəngəzur dəhlizi bizim üçün çox önəmlidir

Ermənistan və İran Araz üzərində 2-ci körpünü tikə bilər

Keşiş Baqrat “Nikolu devirmək” əmrini kimdən alıb?

İran mediası Azərbaycanı hədələdi: Növbə sizdədir!

Borq İrəvanda “olmaz” dedi, Bakıda Əliyevi dəstəklədi

Qafarova və Simonyan bu tarixdə görüşəcək

Rəsmi Bakı Ermənistanla sülh sazişinin şərtlərini açıqladı

ATƏT sədri açıqladı: Bakının yaratdığı yeni reallıq...

İlham Əliyev Şen Yueyueni qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla