Yuxarı

Azərbaycanlı necə prezident seçildi - İranın gizli tarixi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

28 günlük prezident

Eyni ildə (1981) keçirilən ikinci prezident seçkilərində Qəzvin doğumlu Məhəmməd Əli Rəcai 14 milyon səsdən 12 milyonunu alaraq, İran tarixinin ikinci prezidenti oldu. Amma Rəcainin prezidentliyi 28 gündən çox çəkmədi və o, partlayış zamanı baş nazir və bir çox başqa hökumət nümayəndələri ilə birlikdə öldü.

Əli Xamenei dönəmi və Mir Hüseyn Musəvi

1981-ci ilin avqust ayında keçirilən seçkilərdə Xomeyninin təsdiqlədiyi atası Azərbaycan türkü, anası fars olan bugünkü İran dini lideri Xamenei İran tarixinin üçüncü və ilk molla prezidenti seçildi. O, 3 avqust 1989-a qədər bu məqamda qaldıqdan sonra eyni ilin 4 iyununda bir gün əvvəl ölən İranın birinci dini lideri Xomeyninin yerinə İranın ikinci dini lideri olaraq Xubrələr Məclisi tərəfindən təyin olundu. Xameneinin prezidentliyə namizəd olmasını dini lider Xomeyni məsləhət görmüşdü. Xomeyninin dediyinə görə, başqa güvənəcək biri olmadığı üçün müvəqqəti olaraq Xamenei prezident olmalıdır. Xameneinin dönəmidə prezidentin səlahiyyətləri çox geniş olmadığı üçün hökuməti baş nazir idarə edirdi.

Xameneinin dövründə Baş nazir olan Mir Hüseyn Musəvi İran İslam Respublikasının sol qanadından idi. Bu qanad Xomeyninin yaşadığı dönəmdə daha çox gücə sahib olub. Bir çox iranlı mütəxəssisə görə, Mir Hüseyn savaş şəraitinə (İran-İraq müharibəsi) baxmayaraq, ölkənin idarəsində uğurlu addımlar atıb. Onun dönəmində ölkə iqtisadiyyatında dövlətin rolu artıb və dövlətdən asılı bir təbəqənin yaranmasına zəmin yaradılıb. Bir çox adam sərmayə yatırmadığı üçün ölkəni tək edib.

Bu dönəmdə dövlətin ümumi büdcənin cəmi yeddidə birini savaşa ayırmasına baxmayaraq, büdcədə böyük miqdarda kəsr olub. Vəziyyət elə bir hal alıb ki, 1989-cu ildə hökumət 52 faizlik büdcə kəsri ilə Rəfsəncaniyə təhvil verilib. Bu dönəmdə İranın ümumi daxili məhsulu azalıb və sənaye istehsalı aşağı olub, yoxsuluq artıb. Demək olar ki, bu dönəmdə Musəvi hökuməti, xalqa yemək və ərzaq paylamaqla ölkəni idarə edib. Amma bu üsul ölkə iqtisadiyyatında rüşvət və inzibati xətaların artmasına, toplumda dövlət əliylə haqsız yollarla sərmayəyə sahib olan bir kəsimin yaranmasına gətirib çıxarıb. Bütün bunlara baxmayaraq, Musəvi toplumda savaş baş naziri olaraq böyük bir etibara sahib olub.

Bu dönəmin ən diqqət çəkən məsələlərindən biri də Prezident Xamenei ilə Baş nazir Musəvi arasındakı ixtilaflar olub. Bu ixtilaflar dövlətdə ikitirəlik yaradıb. Amma dini lider Xomeyni inqilabçı qüvvələr arasındakı bərabərliyi qorumaq üçün hər iki tərəfə məqam verərək, tarazlığı qoruyub. Musəvi İran İslam Respublikasının sol qanadını təmsil edərkən Xamenei sağ qanadı təmsil edib. Bu ikitirəlik istər-istəməz dini liderin varlığına da bir çözüm nöqtəsi kimi zəmin yaradıb. Bu dönəmdə savaş şərtləri, Xomeyninin xarizmatik liderliyi və İran İslam Respublikasının hələ də tam olaraq özünü təsbit etməməsi, müvəqqəti də olsa, bu ikihakimiyyətliliyin qabarıq şəkildə iki siyasi cərəyana çevrilməsinin qarşısını alıb. Amma bu konflikt ölkə idarəsi məsələsində, eləcə də dünya prizmasında İran islamçıları arasında iki fikir axınının olduğunu göstərən amillərdən biri olub.

Ardı var

Tarix
2017.05.13 / 09:18
Müəllif
Umud Mahdian
Digər xəbərlər

Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Türkiyə üçün ən böyük təhdid PKK yox, budur

Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi

Azərbaycanda cərraha yüksək vəzifə verildi

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla