Yuxarı

Azərbaycanın ECO-da fəaliyyəti buna xidmət edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsi, iqtisadi sabitliyin möhkəmləndirilməsi və regional inteqrasiyanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

O qeyd edib ki, Azərbaycanın 1992-ci ildən üzvü olduğu ECO ortaq tarixi və mədəni köklərə malik ölkələri iqtisadi əməkdaşlıq müstəvisində birləşdirən əhəmiyyətli regional təşkilatdır:

"Azərbaycan bu qurumda təkcə üzv kimi deyil, eyni zamanda təşəbbüskar, dinamizm gətirən və konkret layihələr irəli sürən fəal tərəfdaş kimi çıxış edir. Təşkilatın Bakı sammitlərində səsləndirilən təkliflər, regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində atılan addımlar və enerji təhlükəsizliyi sahəsində göstərilən təşəbbüslər Azərbaycanın ECO daxilində mühüm rolunu daha da aktuallaşdırır.

Azərbaycanın geostrateji mövqeyi – Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas komponentlərindən biri olması – ölkəmizin nəqliyyat və logistika sahəsində ECO üçün əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı təkcə Azərbaycan üçün deyil, bütün üzv ölkələr üçün yeni imkanlar açır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihələr regional ticarətin inkişafı, tranzit potensialının genişlənməsi və üzv ölkələr arasında iqtisadi əlaqələrin intensivləşməsi üçün ciddi zəmin yaradır".

Deputat vurğulayıb ki, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi irimiqyaslı layihələr, üzv ölkələr üçün alternativ və dayanıqlı enerji mənbəyi kimi Azərbaycanın əhəmiyyətini artırır:

"Eyni zamanda, ölkəmiz bərpa olunan enerji sahəsində də ECO ilə əməkdaşlığa açıqdır. Bakıda yaradılmış ECO Təmiz Enerji Mərkəzi bu sahədə birgə fəaliyyətin yeni mərhələsinə keçidin nümunəsidir.

Azərbaycanın zəngin mədəni irsi və təbii turizm resursları, ECO ölkələri ilə mədəniyyət və turizm sahəsində əməkdaşlığı gücləndirir. Şuşanın 2026-cı il üçün ECO-nun “Turizm paytaxtı” elan olunması, bu istiqamətdə atılmış mühüm addım olmaqla yanaşı, Qarabağın bərpa və inkişaf prosesinə də beynəlxalq diqqəti artırır.

ECO çərçivəsində fəal diplomatik siyasət, regional təşəbbüslərdə liderlik və gələcəyə yönəlik baxış, Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Əminliklə deyə bilərəm ki, Azərbaycanın bu təşkilatdakı uğurlu fəaliyyəti regional inteqrasiyanın modelinə çevrilməkdədir və bu yolun davamlılığı həm ölkəmiz, həm də bütün region üçün yeni üfüqlər açır".

Tarix
2025.05.14 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik

Azərbaycan gələn il bu tədbirlərə ev sahibliyi edəcək

Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Türkiyə üçün ən böyük təhdid PKK yox, budur

Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi

Azərbaycanda cərraha yüksək vəzifə verildi

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla