Ermənistan hökuməti faktiki olaraq TRİPP layihəsinin həyata keçirilməsinə artıq başlayıb.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
“İrəvan TRİPP layihəsi çərçivəsində növbəti mərhələlərə keçməzdən əvvəl öz təşəbbüsü ilə dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi işlərini sifariş etməyə başlayacaq. Biz vaxt itirmək istəmirik. TRİPP layihəsinin inkişafı üzrə şirkət yaradılan kimi Ermənistan hökuməti artıq görülmüş işləri həmin şirkətə təhvil verəcək. Bu layihə sayəsində Ermənistan 30 ildən artıqdır davam edən blokadadan çıxa biləcək.
Şübhəsiz ki, TRİPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistanın həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində nəqliyyat blokadası aradan qaldırılacaq. Lakin bu istiqamətlərdə nəqliyyat blokadasının aradan qaldırılması bütün infrastrukturun TRİPP layihəsinə daxil ediləcəyi anlamına gəlmir. Layihə çərçivəsində Nüvədi-Kərçivan (Nrnadzor–Karçevan) dəmir yolu xəttinin, elektrik ötürücü xətlərin və avtomobil yolunun inşası nəzərdə tutulur. Qaz və neft kəmərləri ilə bağlı məsələlər isə daha sonra müzakirə ediləcək”, - o bildirib.