Yuxarı

Azərbaycanlı prezidentin devrilməsi: İranın gizli tarixi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı prezidentin devrilməsi:

I Yazı

1979-cu ilə qədər İran səltənət və şahlıq reijimi tərəfindən idarə olunurdu. Şahın iradəsi bütün xalqın iradəsindən üstün idi və son sözü o deyirdi.

İran İslam İnqilabından sonra İran siyasi rejimində Şahın yerini vilayəti-fəqih, yəni dini lider aldı. Dini liderin məşruyyəti xalqdan deyil, bəlkə 12-ci imamın təmsilçisi kimi göstərilməsindən irəli gəlirdi. Onun iradəsi və istəyi bütün xalqın iradə və istəyinin üstündə idi.

1979-cu il inqilabının ilk illərində siyasi sistemin necə olacağı haqqında bir çox siyasi qurumun və xalqın bir-birindən fərqli istək və planları olsa da, sonda sistemi müəyyən edən şəxs inqilabın lideri kimi tanınan Xomeyni oldu. O, əvvəlcə müvəqqəti hökumət qurmaq əmri verdi və istədiyi hökuməti qurdurdu. Sonra isə onu vəzifədən alıb, öz yerini tutdu. Daha sonra sistemi 1906-cı il inqilabında təməlləri atılan, siyasət və qanunların din adamlarının nəzarətində olmasını nəzərdə tutan bir siyasi rejim halına gətirdi. Xomeyni və onun yanındakı şiə mollaları siyasəti müşahidə etmək mərhələsini keçdilər və müstəqim olaraq siyasətə qatılıb, bir siyasətçi kimi ölkənin bütün sahələrinə hakim oldular.

Mollaların bir qurum kimi İran siyasətinə hakim olmaları istər-istəməz dövətin də bu qurumun görüşlərinə görə şəkillənməsinə və din xadimlərinin ən yüksək dövlət məqamlarını mənimsəməsinə şərait yaratdı. Həmçinin siyasət əski fars kültüründə olduğu kimi, ancaq bəlli bir təbəqənin girə biləcəği sahəyə çevrildi.

Bir digər məsələ də Xomeyninin ölümündən sonra İran içindəki güc nisbətinin dəyişməsi oldu. Bu yeni dəngədə dini liderin xarizmaya sahib olmaması sonunda siyasi rejim içində yer alan inqilabi qüvvələrin çox önəmli görəvləri tutmasına şərait yaratdı.

İranda prezidentin səlahiyyətləri qanunda təyin edildiyi kimi deyil. Prezident hökuməti qurarkən bütün nazirləri dini liderin istəyini nəzərə alaraq seçir. Daxili işlər naziri, kəşfiyyat naziri, mədəniyyət və müdafiə naziri kimi nazirliklər də dini liderin istədiyi şəxslər olur.

İrandakı siyasi sistemi anlamaq üçün prezident seçkilərinin qısa tarixçəsinə baxmaq lazımdır:

Abulhəsən Bənisədr

1978-də Ayətullah Xomeyni sürgünün son mənzili kimi İraqdan (Nəcəf) Parisə gedir. Onu qarşılayan azsaylı insanların arasından Azərbaycan şəhəri olan Əsədabadda doğulmuş Əbülhəsən Bənisədr də var idi. Bənisədr İranda oxuduğu iqtisad bölümünü Fransada davam etdirərək doktorant olmuşdu. Mühafizəkar İran millətçisi və liberal iqtisadiyyata inanan Bənisədr şahlıq rejiminə qarşı mübarizə aparır.

1979-da Xomeyni öz tərəfdarlarının böyük və həyəcanlı qarşılamasıyla Tehran hava limanına gəlir. Əbülhəsən də onunla birlikdə təyyarədə olur.

Xomeyni Tehranın behişti Zəhra qəbiristanlığında xalqa xitab edərək, “mən bu hökumətin ağzından vuraram, hökumət təyin edərəm, bu millətə arxalanaraq hökumət quraram, ona görə ki, millət məni qəbul edir”, - deyir və təkbir səsləri yüksəlir.

Xomeyni ayətullahlıqdan qaynaqlanan öz mənəvi gücünü qorumaq adına heç bir rəsmi siyasi məqam almır. Amma inqilabın lideri kimi siyasət və iqtidarın bütün yolları onun iki dodağının arasında olur.

Xomeyni 1979-da Təbriz doğumlu Muhəndis Bazirqana müvəqqəti hökumət qurmağı əmr edir. Bazirqan İrandakı siyasi rejimi dəyişdirmək üçün referendum keçirib, Xomeyninin əmr etdiyi kimi, İran İslam Respublikasını elan edir. Bazirqan yeni İslam İnqilabının Konstitusiyası üçün məclisi toplayır. Bazirqanın müvəqqəti hökuməti 9 ay sonra, inqilabçı tələbələrin ABŞ səfirliyini işğal etməsi ilə istefaya gedir.

1980-də Xomeyni və mübariz ruhanilər cəmiyyətinin himayəsiylə cəmi 14 milyon səsin 11 milyona yaxınını toplayan Bənisədr İran tarixinin ilk prezidenti olur. Amma 17 ay sonra Xomeyni və mollalarla dünyagörüş ayrılığı yaşadığı üçün İran İslam Şurası Məclisi (parlament) onun prezidentliyə layiq olmadığına qərar verir. Bu qərardan sonra İran tarixinin ilk prezidenti İranın ruhani və dini lideri Xomeyni tərəfindən prezidentlikdən uzaqlaşdırılır. Vəzifədən uzaqlaşdırılməş prezident bir müddət gizli yaşadıqdan sonra Fransaya qaçıb siyasi sığınacaq alır.

Bənisədr mollaların siyasətə müdaxiləsini məhdudlaşdırmaq istəyirdi. O, inqilab məhkəmələrini yığışdırmaq və inqilab keşikçilərinin gücünü məhdudlaşdırmağa çalışırdı. O, bir tərəfdən mollaların gücünü məhdudlaşdırmaq istəyir, diğər tərəfdən də böyük bir yanlışlıqla mədəni inqilab elan edərək universitetlərdə böyük bir islahata əl atır. Bu isə mollalara sərf edir. Onun xalq arasında, özəlliklə mollalara qarşı olan siyasi qruplar arasındakı etibarına böyük bir zərbə dəyir.

Bənisədr dönəmi İran-İraq savaşının başlanğıc illərinə təsadüf edir. Savaşın necə aparılacağı məsələsində Bənisədrlə öndə gələn mollalar və dini lider arasında ciddi fikir ayrılıqları var idi. Bənisədr İraqla danışıqlar aparmaq yoluna işarə etsə də, mollalar savaşın davam etməsini istəyirdilər.

Onun dönəminin başqa problemlərindən biri də İran inqilabında iştirak etmiş və onun uğurlu olmasında böyük rol oynamış islamçı, sol və başqa siyasi qrupların siyasi iqtidardan pay almamaları və yeni siyasi rejimlərin silahı müxalifətlə qarşıdurmaya girmələri oldu. Bənisədr bu məsələdə mollalar və Xomeyni ilə eyni düşüncədə deyildi. Mollalara görə, o, gizlicə xalqın mücahidləri təşkilatına üzv idi və onlarla işbirliyi qurmuşdu. Sonda o, ABŞ və inqilab düşmənləri ilə işbirliyi qurmaqda ittidam olundu və İrandan qaçdı...

Tarix
2017.05.11 / 09:18
Müəllif
Umud Mahdian
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla