Yuxarı

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

İran müharibəsində müzakirə edilən məsələlərdən biri postrejim dövründə ölkəyə kimin, hansı qüvvələrin rəhbərlik edəcəyidir. ABŞ-ın planı – rejimi tamamilə sıradan çıxarmaq və hakimiyyəti xalqa vermək istəyi fonunda da bu, xüsusilə aktuallaşıb. Tramp bəyan edib ki, İran xalqı hakimiyyəti götürməyə hazır olmalıdır. Hərçənd, xalqın içindən çıxan lider hələ də yoxdur, istər bir neçə il öncə baş verən hicab aksiyasında, istərsə bu ilin yanvar ayında dəhşətli qırğınlarla yadda qalan etirazlarda önə çıxan fiqur olmadı.

Bu vəziyyət postrejim İranına kimin rəhbərlik edəcəyi məsələsində boşluq yaradıb. İranda hakimiyyətə qayıtmaq istəyən şahın oğlu Rza Pəhləvinin bu boşluqdan istifadə etməyə çalışdığı müşahidə edilir:

- bir tərəfdən İran daxilində azsaylı şahçılar vasitəsilə “xalq şahı istəyir” görüntüsü yaradır;

- digər tərəfdən İran xalqına çağırışlar edir, mühacirlərlə poz verir, mitinqlər keçirir...

Şahın oğlunun əsas hədəfi postrejim İranının idarəçiliyində ABŞ-ın dəstəyini qazanmaqdır. Vaşinqtonda Pəhləvinin namizədliyinə münasibət əvvəldən soyuq olub. Trampın son açıqlaması isə ABŞ-ın İranda Pəhləvi layihəsinin üzərindən xətt çəkməsi kimi qəbul oluna bilər.

Almaniya kansleri Fridrix Merzlə görüşdə Tramp jurnalistlərin Pəhləvinin hakimiyyətə gəlməsi ehtimalı haqa sualına cavabında bildirib: “Bəzi insanlar onu bəyənsələr də, administrasiya bu haqda çox düşünməyib. Ölkəsinin onun liderliyini qəbul edib-etməyəcəyini bilmirəm”.

ABŞ prezidenti əlavə edib ki, hakimiyyət dəyişikliyindən sonra İrana ölkə daxilində populyar olan mötədil bir şəxs rəhbərlik edə bilər.

Tramp postrejim İranına rəhbərlik edəcək şəxsin kimliyini konkretləşdirməsə də, potensial namizədlə bağlı açıq mesaj verib:

- Pəhləvinin İrana rəhbərlik etməsi ABŞ-ın planına daxil deyil;

- İranı ölkə daxilində xalqın dəstəklədiyi mötədil lider idarə edə bilər.

Vaşinqtonda anlayırlar ki, Pəhləvinin özü ətrafında yaratdığı “yeganə lider” əfsanəsi reallığa söykənmir. İran xalqı şahın zülmlərini unutmayıb, hazırda etiraz etdikləri mövcud rejimi də bu zülmdən xilas olmaq üçün gətirmişdi. Bununla yanaşı, İranın gələcəyində həlledici mövqeyə sahib olan azərbaycanlılar başda olmaqla müxtəlif etnik qruplar da Pəhləvinin, onunla birlikdə şah zülmünün qayıtmasını istəmir.

Tarix
2026.03.04 / 12:50
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

XİN-dən Qələbə Günü ilə bağlı paylaşım

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla