Yuxarı

Hacı Əziz məscidinə müdaxilənin qarşısı alındı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Əziz məscidinə müdaxilənin qarşısı alındı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Hacı Əziz məscidində aparılan qanunsuz təmir işlərinin qarşısı alınıb.

Bu barədə Kult.az-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Hacı Əziz məscidinə (3200 inventar nömrəli) müdaxilə faktı aşkar edilib.

Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən məscidə baxış keçirilən zaman "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyən edilib.

Qanunsuz təmir işlərini həyata keçirən podratçı şirkət - "Dostluq H-EL" MMC-nin nümayəndələrinə işlərin dərhal dayandırılması və abidənin ilkin vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində abidənin xarici divarına vurulan suvaq qatı təmizlənərək ilkin görkəminə qaytarılıb.

İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Tarix
2026.02.20 / 18:11
Müəllif
Kult.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla