Yuxarı

İrandan Türkiyəyə ballistik raket atıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Türkiyəyə ballistik raket atıldı - Foto

İrandan atılan və İraq ilə Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına doğru istiqamətləndiyi müəyyən edilən bir balistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən vaxtında hədəfə alınaraq zərərsizləşdirilmişdir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hatay vilayətinin Dördyol rayonuna düşən parçaların hava hücumundan müdafiə sursatına aid olduğu müəyyən edilib:

“Hadisə nəticəsində hər hansı insan itkisi və ya xəsarət qeydə alınmayıb.

Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək istiqamətində imkanlarımız ən yüksək səviyyədədir. Türkiyə təhlükənin haradan və kimdən gəlməsindən asılı olmayaraq, öz ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir.

Torpaqlarımızın və hava məkanımızın müdafiəsi üçün bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaq.

Ölkəmizə qarşı düşməncəsinə atılan istənilən addıma cavab vermək hüququmuzun saxlanıldığını xatırladırıq. Bütün tərəfləri münaqişələrin regionda daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq.

Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik”.

Tarix
2026.03.04 / 15:38
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla