Yuxarı

Hörmüz bağlandı – Tramp dərhal hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hörmüz bağlandı – Tramp dərhal hərəkətə keçdi

Donald Tramp dərhal qüvvəyə minmək şərtilə, ABŞ İnkişafın Maliyyələşdirilməsi Korporasiyasına (DFC) göstəriş verib ki, çox münasib şərtlərlə Fars körfəzindən keçən bütün dəniz daşımaları, xüsusilə də enerji daşıyıcıları üçün siyasi risk sığortası və maliyyə təhlükəsizliyi zəmanətləri təqdim etsin. Bu xidmət bütün gəmiçilik şirkətləri üçün əlçatan olacaq. Zərurət yaranarsa, ABŞ Hərbi Dəniz Qüvvələri tankerləri Hörmüz boğazından qısa müddətdə müşayiət etməyə başlayacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

“İran Hörmüz boğazından keçən neft və qaz tankerlərinə hücumlar edir, bu isə öz növbəsində sığorta şirkətlərinin dəniz daşımalarını sığortalamaqdan imtina etməsinə səbəb olub. Çünki mümkün sığorta ödənişləri şirkətləri iflasa sürükləyə bilər.

Məhz buna görə də ABŞ sığorta yükünü öz üzərinə götürmək qərarını verib. Çünki daşımaların təhlükəsizliyini təmin edə biləcək yeganə güc ABŞ ordusudur. ABŞ neft qiymətlərinin kəskin artmasına imkan verə bilməz.

Bu məsələdə bir incəlik də var. Əsas sığorta şirkətləri Böyük Britaniyada yerləşir və Trampın bu addımı Böyük Britaniyadan İran kampaniyasına qoşulmamağa görə “inciməsi” fonunda həm də ingilislərə “diş göstərməsi” kimi qiymətləndirmək olar”, - o bildirib.

Xatırladaq ki, İran Hörmüz boğazında neft ticarətinə mane olmaqla nefti kəskin bahalaşdırmaq və bu yolla ABŞ-a beynəlxalq təzyiqi təmin etmək istədiyini açıq şəkildə elan edib.

Tarix
2026.03.04 / 14:53
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla