Yuxarı

NATO hərbi xərcləri artırır, Ukraynanın üzvlüyü isə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO hərbi xərcləri artırır, Ukraynanın üzvlüyü isə…

24 və 25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitində iştirakçılar diqqəti Ukraynanın alyansa üzvlüyündən çox, hərbi xərclərin artırılması və hərbi istehsalın gücləndirilməsi məsələlərinə yönəldəcəklər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi mənbələrə istinadən yazıb.

Məlumata görə, sammit əvvəlki görüşlərə nisbətən daha qısa olacaq və yekununda kiçik bir bəyannamə qəbul ediləcək.

Qeyd olunur ki, NATO-ya üzv ölkələr 2032-ci ilə qədər hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq üzərində işləyirlər. Bu, ABŞ Prezidenti Donald Trampın tələblərini yerinə yetirmək məqsədi daşıyır. Bu planlar alyansın xarici işlər nazirlərinin çərşənbə və cümə axşamı Türkiyədə keçiriləcək görüşündə müzakirə olunacaq. Agentlik qeyd edir ki, hazırda ABŞ da daxil olmaqla, alyansın 32 üzvündən heç biri 5 faizlik həddi aşmayıb.

Tarix
2025.05.14 / 11:52
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla