Yuxarı

PKK-nın ləğvi: Türk ordusu İraqdan çıxır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK-nın ləğvi: Türk ordusu İraqdan çıxır?

Türkiyə Silahlı Qüvvələri PKK-nın ləğvindən sonra da “Pəncə” əməliyyatları çərçivəsində İraqın şimalında nəzarət etdiyi bölgələrdən geri çəkilməyəcək.

Axar.az Türkiyə mediasına istiandən xəbər verir ki, bu barədə orduya bağlı mənbələr məlumat yayıb.

Bildirilib ki, mehmetçik PKK-dan yaranan boşluğun digər terror təşkilatları ilə doldurulma cəhdlərinə qarşı proses tamamlanana qədər bölgədə olacaq.

Bu çərçivədə terrorçuların tərk etdiyi düşərgə və mağaralar Türkiyə Silahlı Qüvvələrinin çətiri altına girəcək. Bu yolla PKK qalıqlarının və ya boşluğu doldurmaq istəyən digər terror qruplaşmalarının qarşısı alınacaq və İraqın icazəsi ilə sərhəd təhlükəsizliyi daha içərilərdə (İraq ərazisində - red.) təmin ediləcək.

Türkiyə Silahlı Qüvvələrinin əsas məqsədlərindən biri də PKK-nın təbii şəraitdən istifadə edərək yuva qurduğu bütün əraziləri təmizləməkdir. Bu çərçivədə terrorçuların keçmişdə istifadə etdikləri və tərk edəcəkləri ərazilər bir-bir məhv ediləcək. Bu, əvvəlki əməliyyatlarda olduğu kimi bu ərazilərin təkrar istifadəsinin qarşısını alacaq.

Bundan başqa, İraq hökuməti ilə birgə əməliyyat planı da gündəmdədir. Xüsusən də Qəndil və ətrafdakı aktiv terror ocaqları ilə bağlı. Məqsəd PKK-nın illərdir baza kimi istifadə etdiyi bu əraziləri bir daha terrorçulara ev sahibliyi edə bilməmələri üçün təmizləməkdir.

Qeyd edək ki, bir neçə gün əvvəl PKK özümüləğv qərarını açıqlayıb.

Tarix
2025.05.14 / 10:28
Müəllif
Samir Soltanov
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla