Yuxarı

Yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:08

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Tarix
2025.05.14 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik

Azərbaycan gələn il bu tədbirlərə ev sahibliyi edəcək

Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Türkiyə üçün ən böyük təhdid PKK yox, budur

Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi

Azərbaycanda cərraha yüksək vəzifə verildi

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla