Yuxarı

MN-in sabiq idarə rəisinin cəzası yüngülləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılan cinayət işi üzrə məsuliyyətə cəlb olunan Müdafiə Nazirliyi Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun barəsində verilən kassasiya şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesində qərar qəbul olunub.

Qərara əsasən, Mahir Şirvanovun vəkili tərəfindən verilən kassasiya şikayəti qismən təmin olunub və onun cəzası 1 il azaldılıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin olunub və Mahir Şirvanov

Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Həmin ilin sentyabrın 9-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3 il müddətinə azadlıqdan mərhum edilmişdi.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev DTX-nin vəsatəti əsasında həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2025.05.14 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

Erməni əsgər sərhəddə postumuzu daşa basdı - Video

Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik

Azərbaycan gələn il bu tədbirlərə ev sahibliyi edəcək

Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Türkiyə üçün ən böyük təhdid PKK yox, budur

Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi

Azərbaycanda cərraha yüksək vəzifə verildi

Zakir Həsənov Okay Məmişlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla