Yuxarı

Səhər acqarına şokolad yeyənlərin diqqətinə!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səhər acqarına şokolad yeyənlərin diqqətinə!

Alimlər müəyyən saatlarda yeyilən şokoladın bədən yağını azalda biləcəyini aşkar ediblər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, elm adamları günün müəyyən saatlarında yeyilən şokoladın maddələr mübadiləsinə müsbət təsir etdiyini və yağların yandırılmasını dəstəklədiyini müəyyən ediblər. Xüsusilə səhər saatlarında az miqdarda şokolad yeməyin həm iştahı tarazlaşdırdığı, həm də çəki nəzarətinə kömək etdiyi ifadə edilir.

Araşdırmada postmenopozal qadınlar üzərində aparılan təcrübələr nəticəsində səhər saatlarında 1,8 qram şokolad qəbul edən iştirakçıların yağ yandırmasının sürətləndiyi müşahidə edilib. Həmçinin məlum olub ki, şokoladın stressi azaldan təsiri sayəsində əhval-ruhiyyə və diqqət üzərində müalicəvi təsir göstərir.

Araşdırmanın maraqlı nəticələrindən biri də axşam saatlarında yeyilən şokoladın qan şəkərinin səviyyəsini tənzimləməsi olub. Yəni günün müxtəlif vaxtlarında nəzarət edilən miqdarda şokolad yemək düşünüldüyü qədər zərərli deyil. Əhəmiyyətli olan vaxt və kəmiyyətdir.

Mütəxəssislər xəbərdarlıq edir ki, pəhrizdə şokolad yemək istəyənlər mütləq tünd və yüksək kakaolu məhsulları seçməlidirlər. Şəkər və qatqıları az olan şokoladlar çəki artımının qarşısını almaq üçün daha uyğun seçimdir.

Tarix
2025.07.02 / 02:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla