Yuxarı

Türkiyə üçün ən böyük təhdid PKK yox, budur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə üçün ən böyük təhdid PKK yox, budur

Uzun müddətdir ki, PKK Türkiyənin şəhərlərində ciddi əməliyyatlar həyata keçirə bilmirdi və təşkilatın fəaliyyəti xeyli zəiflədilmişdi. Lakin indi PKK-nın bu qərarının digər əlaqəli strukturlara da təsir edib-etməyəcəyi sual altındadır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev PKK terror təşkilatının özünüləğv qərarı haqda danışarkən deyib.

O bildirib ki, Türkiyə uzun müddət ərzində PKK-nın törətdiyi təhlükələri neytrallaşdırmağı bacarıb:

“Bir çox üzvləri ya həbs olunmuş, ya da zərərsizləşdirilmişdi. Bu səbəbdən PKK İran ərazisinə, əsasən də Qəndil dağlarına çəkilmişdi. Daha sonra isə Suriyanın Sincar istiqamətinə keçərək orada YPG adı altında fəaliyyət göstərməyə başladı. Əslində bu ərazilər də PKK-nın bazaları idi. İndi isə fərz edək ki, PKK fəaliyyətini dayandırdı. Bu, digər qolların da eyni addımı atacağı anlamına gəlirmi? Məsələn, PKK-nın İran qanadının fəaliyyətini dayandıracağına dair hələlik heç bir rəsmi məlumat yoxdur”.

Turab Rzayevin fikrincə, bu prosesin fonunda YPG məsələsi xüsusi diqqət tələb edir:

“Türkiyə üçün hazırda ən böyük təhdid PKK yox, YPG-dir. YPG-nin nəzarətində olan ərazilər var və bu bölgələrdə onların silahlı qüvvələri mövcuddur. Texnoloji dəstək alsalar da, dövlətçilik formalaşmayıb. Əgər Türkiyə bu məsələdə passivlik nümayiş etdirsə, gələcəkdə daxildə PKK tərəfdarlarının və ya onlara bənzər qrupların artması mümkündür”.

Ekspert əlavə edib ki, beynəlxalq güclərin məsələyə yanaşması da önəmlidir:

“PKK-nın ləğvi bəyanatı ilə yanaşı, PYD və YPG-nin taleyi də gündəmdədir. Ola bilər ki, xarici dövlətlər – xüsusilə Almaniya, Fransa, Böyük Britaniya, İsveç kimi ölkələr – bu məsələdə fərqli mövqe tutublar. Mümkündür ki, PKK-nın ləğvi müqabilində PYD-nin bölgədə qalması üçün razılıq əldə olunub”.

Tarix
2025.05.14 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla