Yuxarı

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, 49 yaşlı hakim ötən gün infarkt keçirərək xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bu gün o, Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. 1992-ci ildə Ankara Universitetinə daxil olan S.Əliyev daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib.

Samir Əliyevin üç övladı var. Onun Londonda təhsil alan qızı üçün bu gün xüsusilə ağır olub. Belə ki, qızının diplom müdafiəsi bu günə təsadüf edib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb.

Maraqlıdır ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanalardan birində ümumi "çek-ap" (check-up) müayinəsindən keçib. Ürək damarları, exo, stress-test də daxil olmaqla, bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, ötən gün səhər saatlarında qəfil infarkt keçirərək vəfat edib.

Onun yaxınları bildirir ki, bu faciə ailə üçün gözlənilməz olub.

Qeyd edək ki, Samir Əliyev 1976-cı ildə anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2003-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1994-cü ildə Nəsimi Rayon Məhkəməsində məhkəmə katibi kimi başlayıb. 1998–2008-ci illərdə Ali Məhkəmədə vətəndaşların qəbul və müraciətlərinə baxılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2008–2015-ci illərdə Sabunçu Rayon Məhkəməsinin hakimi olub. 2016-cı ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi.

Samir Əliyev bir sıra mühüm cinayət işlərinə, o cümlədən ictimai rezonans doğuran məhkəmə proseslərinə sədrlik edib. Onun rəhbərlik etdiyi məhkəmə iclaslarında çıxarılan qərarlar hüquq ictimaiyyəti tərəfindən diqqətlə izlənilib və müzakirə olunub.

Tarix
2025.05.13 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?

Guya Bakı və Təl-Əviv razılaşıb: bu feykin məqsədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla