Yuxarı

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trеndyol" regionun ən böyük innovasiya tədbiri “INMerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır.

“PAŞA Holding”in təşkilatçılığı ilə 29-30 sentyabrda baş tutan sammit regionda innovasiyaların inkişafına töhfə vermək, ekosistemin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaq, startap və investorları bir araya gətirmək məqsədi daşıyır.

Tədbirin ikinci günündə “Trеndyol”un dəstəyilə "Regional çempionların yüksəlişi: aparıcı e-ticarət şirkətləri sərhədləri necə aşır?" mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə iştirak edən çıxışçılar regional şirkətlərin müxtəlif bazarlardakı iş prinsipləri, lokal ekosistemə inteqrasiyaları və lokallaşma strategiyaları haqqında danışıblar.

‘’Trеndyol’’un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil şirkətin yeni bazarlardakı strategiya və təcrübəsini bölüşüb.

‘’Biz fəaliyyət göstərdiyimiz hər bir bazarda müştərilərimizin gözləntilərini, vərdişlərini və üstünlüklərini anlayırıq və dəyərli təcrübələr yaratmaq üçün bu çox önəmlidir.

Məqsədimiz fəaliyyət göstərdiyimiz bazarlarda sadəcə satışlarımızı artırmaq yox, yerli ekosistemin aktiv bir hissəsinə çevrilmək və bazarın inkişafına töhfə verməkdir. Beləliklə də, əsas ölçü meyarımız fəaliyyət göstərdiyimiz ölkələrin sayı yox, aktiv və sadiq müştəri bazası, onların alış-veriş tezliyi və aldıqları xidmətə verdikləri rəydir. Məhz bu yanaşma ilə biz Azərbaycanda da fəaliyyət göstəririk və artıq 2,5 milyon istifadəçi qazanmışıq. Bu da ölkə əhalisinin 20 faizindən çoxunu əhatə edir”, - deyə İrəm Çağrı Yılandil əlavə edib.

Azərbaycan, Mərkəzi və Şərqi Avropa, Almaniya və Körfəz regionunda da genişlənən ‘’Trеndyol’’un hazırda 250 mindən çox satıcı vasitəsilə 40 milyondan çox müştəriyə xidmət göstərir. Platformada 40 milyondan artıq məhsul mövcuddur.

"Trеndyol" üçüncü ildir ki, əsas tərəfdaş və e-ticarət tərəfdaşı kimi INMerge Sammitinə qoşulur.

Tarix
2025.09.30 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

Tramp Paşinyanı "digər oğlan" adlandırdı

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşdü - Foto

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan

İtaliya prezidenti Azərbaycana gəldi - Foto

Əli Əsədov Lukaşenko ilə görüşdü - Foto

Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi - Foto

Azərbaycan bu ölkədə səfirlik açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla