Yuxarı

Qüdsi Osmanov Yassı şəhərinin meri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qüdsi Osmanov Yassı şəhərinin meri ilə görüşdü - Foto

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Yassı şəhərinin meri Mihay Kirika ilə görüşüb.

Səfirliyin Mətbuat xidmətindən Axar.az-a bildirilirb ki, görüşdə tərəflər arasında Azərbaycan ilə Rumıniya strateji əməkdaşlıq münasibətləri, xüsusən Yassı şəhəri ilə əməkdaşlıq perspektivləri müzakirə mövzusu olub.

Yassının meri Mihay Kirika qeyd edib ki, Azərbaycan regionda güclü mövqeyə malik olan ölkə kimi, Avropa üçün böyük əhəmiyyət kəsb edir. O, Azərbaycan ilə Yassı arasında enerqetika, qida məhsullarının ixracı, müdafiə sahələrində əməkdaşlıq imkanları üçün maraqlı olduqlarını bildirib. M.Kirika Yassının sürətlə inkişaf etməsini vurğulayaraq, Azərbaycan investorlarını Yassıya dəvət edib. Bundan əlavə, şəhərin meri mədəni-humanitar sahədə, xüsusən univsersitetlər arasında əməkdaşlığın inkişaf etməsi üçün bütün şəraitin olmasını vurğulayıb. O, Yassı şəhərində Rumıniyanın beş iri nüfuzlu universitetinin fəaliyyət göstərdiyini, 65 minə yaxın tələbənin təhslil aldığını qeyd edib.

Səfir Qüdsi Osmanov öz növbəsində iki ölkənin regionları arasında əməkdaşlığın vacibliyindən söz açaraq, Yassının merini Azərbaycana səfər etməyə dəvət edib. Səfir, o cümlədən qarşı tərəfə Azərbaycanın işğaldan azad olunumuş ərazilərində aparılan miqyaslı bərpa-tikinti işlərindən danışıb. Eyni zamanda o Rumıniya tərəfini, Azərbaycanın Qarabağ İqtisadi regionu ilə əməkdaşlığa çağırıb, hətta regionun şəhərlərinin biri ilə qardaşlıq haqqında sazişin imzalanması məsələsinə baxılmasını təklif edib. Bundan əlavə, diplomat ölkəmizin universitetlərarası əlaqələrin qurulması və inkişafına hazır olduğunu dilə gətirib.

Qeyd edilməlidir ki, Rumıniyanın Yassı şəhəri son 15 ildə Avropanın üçüncü ən sürətlə böyüyən şəhərləri sırasındadır, əhalisinə görə paytaxt Buxarestdən sonra Rumıniyanın ikinci şəhəridir.

Tarix
2025.09.30 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədova zəng etdi

Əbədiyaşar Lider!

Qarabağ ermənilərinə demişəm ki, onların qayıdışı... - Paşinyan

İlham Əliyev Keniya prezidentini təbrik etdi

Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi

Tiflis Bakıya yox deməyib, ancaq elə qiymət təyin edib ki...

Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

Moskva ilə məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...

Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla