Yuxarı

Qafqazda növbəti əməliyyat: Daha bir general həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqazda növbəti əməliyyat: Daha bir general həbs edildi

Sentyabrın 30-da səhər saatlarında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsinin rəisi, general-mayor Mixail Nadejini saxlayıblar.

Axar.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

General 2 milyon rublu mənimsəməkdə (Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi – xüsusilə külli miqdarda rüşvət alma) şübhəli bilinir.

İstintaqın məlumatına görə, general iş adamı Anzor Noqmovdan rüşvət alıb, bundan sonra heç bir yoxlama aparmadan yanğın təhlükəsizliyi ilə bağlı sənədləri təsdiqləyib. Mənbənin bildirdiyinə görə, şübhəli şəxs sənaye və yanacaq-energetika müəssisələrində qəza-xilasetmə əməliyyatlarının aparılması üçün müqavilələr imzalayıb. Reallıqda isə Fövqəladə Hallar Nazirliyi tərəfindən binaya heç bir yoxlama aparılmayıb.

Nadejin 2015-ci ildən Kabardin-Balkar Fövqəladə Hallar Nazirliyinin rəhbəridir. 2019-cu ildə ona daxili xidmət general-mayoru rütbəsi verilib.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Milli Qvardiyasının Şimali Osetiya departamentinin rəisi, 58 yaşlı general-mayor Valeri Qolota rüşvətxorluq maddəsi ilə (Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) həbs edilib. İdarənin daha bir neçə məmuru da saxlanılıb.

Tarix
2025.09.30 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla