Yuxarı

Hərbçilərimiz İtaliyada beynəlxalq sərgidə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya HDQ komandanı admiral Enriko Kredendinonun dəvəti ilə "SEAFUTURE 2025" 9-cu beynəlxalq sərgidə iştirak etmək üçün İtaliyada rəsmi səfərdədir.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəniz təhlükəsizliyi, regional əməkdaşlıq və hərbi dəniz qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə keçirilən sərgidə dünyanın müxtəlif ölkələrinin nümayəndələri, hərbi sənaye komplekslərinin təmsilçiləri və müdafiə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar iştirak edir.

Sərgi çərçivəsində Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Azərbaycan nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalq sərgisində təqdim olunan müasir dəniz texnologiyaları, innovativ hərbi dəniz həlləri və digər müdafiə məhsulları ilə tanış olub.

Azərbaycan HDQ-nin bu səviyyədə beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın regionda və beynəlxalq aləmdə təhlükəsizlik sahəsində artan rolunun bariz nümunəsi, eləcə də dəniz qüvvələrinin peşəkarlığının və hərbi texniki potensialının yüksəldilməsi istiqamətində atılan addımların tərkib hissəsidir.

Tarix
2025.09.30 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

Tramp Paşinyanı "digər oğlan" adlandırdı

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşdü - Foto

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan

İtaliya prezidenti Azərbaycana gəldi - Foto

Əli Əsədov Lukaşenko ilə görüşdü - Foto

Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi - Foto

Azərbaycan bu ölkədə səfirlik açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla