Yuxarı

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Baş naziri Nikol Paşinyan sentyabrın 30-da AŞPA-nın iclasında çıxışı zamanı ermənilərin Qarabağa qayıdışının Bakı ilə sülh prosesinə zərər verə biləcəyini deyib. O bildirib ki, Qarabağı könüllü tərk edən və Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi artıq Ermənistan və Ermənistan vətəndaşlığı ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Paşinyanın bu yanaşması böyük ehtimalla AŞPA-nın bir qrup deputatı üçün gözlənilməz olub. Çünki həmin deputatlar ölkələrindəki erməni lobbisinin üzvləri ilə əl-ələ verərək, “ermənilərin Qarabağa qayıdışı təmin edilməlidir” çağırışlarına ara vermir, bu mövzuda müxtəlif tədbirlər keçirirlər. ABŞ Konqresində də eyni səslər ucaldılır və başda Frenk Pallone olmaqla, bir qrup ermənipərəst konqresmen dövlət katibi Marko Rubiodan da ermənilərin Qarabağa qayıdışını dəstəkləməyi tələb edirlər. Bu tələblər səslənərkən ermənilərin baş naziri qətiyyətlə ermənilərin Qarabağa qayıdışının əleyhinə olduğunu söyləyir. Çünki Nikol Paşinyan yaxşı anlayır ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağa qayıdışı tələbinə qoşulsa, bu, sülh danışıqları apardığı Azərbaycanla münasibətləri yenidən gərginləşdirəcək.

Bu, Paşinyana lazım deyil. Baş nazir AŞPA-dakı çıxışında elə belə də deyib: “Ermənistan və Azərbaycan sadəcə olaraq bir-birini rahat buraxmalı və diqqəti iqtisadi əməkdaşlığa və dialoqa yönəltməlidirlər”.

Paşinyanın ermənilərin Qarabağa qayıdışı tələbini səsləndirməməsinin başqa səbəbi də var. Paşinyan düşünür ki, bununla azərbaycanlıların Qərbi Zəngəzura qayıdışının qarşısını almış olacaq. Yəni onun məntiqinə görə, ermənilər Qarabağa qayıtmırlarsa, azərbaycanlılar da vaxtilə yaşadıqları Qərbi Zəngəzura qayıtmamalıdırlar.

Nikol Paşinyanın ermənilərin Qarabağa qayıdışının əleyhinə olması müxtəlif ölkələrdəki erməni lobbisinin və lobbinin dəstəklədiyi siyasətçilərin səylərini heçə endirir. Vaxtilə Qarabağda yaşayan ermənilərin özləri də geri dönmək istəmirlər, əks halda onların səsi gələrdi. Çünki onlar da Paşinyan kimi anlayırlar ki, Qarabağa qayıdış yalnız Azərbaycan qanunlarının və pasportlarının qəbulu əsasında mümkündür. Buna isə onlar razı deyillər. Demək, Paşinyanın söylədiyi kimi, Qarabağ erməniləri Ermənistanda həyatlarını qurmalıdırlar”, - politoloq vurğulayıb.

Tarix
2025.09.30 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla