Yuxarı

III MDB Oyunları: Azərbaycan 56 medalla ikincidir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında 2-ci pillədə qərarlaşıb.

Axar.az xəbər verir ki, hazırda təmsilçilərimizin aktivində 7 qızıl, 18 gümüş və 31 bürünc medal var.

Qızıl medalları taekvondoçular Vasif Səlimov (58 kq), Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq), Məryəm Məmmədova (53 kq), samboçular Abdullətif Musayevlə (53 kq) Nihad Rəhimov (64 kq) və üzgüçü Oqtay Hüseynov (400 metr məsafəyə qarışıq üzmə) qazanıb.

Gümüş medalı üzgüçülər Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmədə və 200 metr sərbəst üsulla üzmədə), Oqtay Hüseynov (200 metr məsafəyə kəpənək üsulla üzmədə) və Mehri Əbdürrəhmanlı (200 metr məsafəyə kəpənək üsulla üzmədə), atıcılar Nərmin Cəfərova, Mürtəza Novruzlu, Cavid Həsənov, taekvondoçular Elcan Əliyevlə (74 kq) Ümid Rəhimzadə (54 kq), samboçular Rüstəm Qasımzadə (58 kq), Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (98 kq), stolüstü tennisçilərdən üç komandamız, eləcə də fərdi yarışmada Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova əldə ediblər.

Bürünc medalları isə üzgüçülər Mehri Əbdürrəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmə), Yeqor Maynitskiy (200 metr məsafəyə fərdi qarışıq və 200 metr məsafəyə bras üsulu), Anastasiya Qnussina (200 metr məsafəyə kəpənək üsulu ilə üzmə), eləcə də oğlanlardan ibarət milli komanda (4x200 metr məsafəyə sərbəst üsul), atıcılardan Cavid Həsənov/Cəmilə Paşayeva cütü, Mürtəza Novruzlu ilə Nərmin Cəfərova (səngər stendi üzrə qarışıq komanda) və Daniella Ulanova (dairəvi stend), stolüstü tennisdə iki komanda, fərdi yarışda Yağmur Məmmədli, taekvondoçular Allahverdi Məmmədov (87 kq), Zeynal Əliyev (87 kq), Səlimə Quliyeva (46 kq), Tamerlan Yaqubov (54 kq), Nilufər Borci (53 kq), Nərgiz Kazımova (62 kq), Zemfira Həsənzadə, Səmərrux Osmanova (hər ikisi 49 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Xan Məmmədzadə (+87 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq) və samboçular Mikayıl Əmirov (71 kq), Sadiq Nadirov (79 kq) və Xəzər Əmrahlı (88 kq) qazanıblar.

Siyahıya Rusiya (47 qızıl, 13 gümüş, 9 bürünc) başçılıq edir. Belarus (7 qızıl, 16 gümüş, 17 bürünc) üçüncü, Özbəkistan isə (3 qızıl, 6 gümüş, 16 bürünc) dördüncüdür.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Tarix
2025.09.30 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MTŞ-dən Naxçıvanla bağlı - Bəyanat

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

Tramp Paşinyanı "digər oğlan" adlandırdı

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşdü - Foto

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan

İtaliya prezidenti Azərbaycana gəldi - Foto

Əli Əsədov Lukaşenko ilə görüşdü - Foto

Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla