Yuxarı

Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat

Mən bu çıxışdan belə başa düşdüm ki, Bakı Metropoliteninin rəisi Bakıxanovda, Binəqədidə yaşayan insanlara ikinci növ vətəndaş kimi baxır və düşünür ki, onlar şəhərə əziyyətlə gəlməlidirlər. Çünki şəhərin mərkəzi daha çox elit məkandır və bu məkana ikinci növ vətəndaşlar rahatlıqla çatmamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Bakı Metropoliteninin rəisi Vüsal Aslanovun Bakıxanov, Binəqədi, Yeni Yasamal ərazisinə metronun çəkiləcəyi halda orada yaşayan insanların şəhərin mərkəzinə axışacağı və sıxlıq yaradacağı haqda sözlərini şərh edərkən deyib.

F.Mustafa millət vəkili seçildiyi Bakıxanov qəsəbəsi sakinlərinin şəhərin mərkəzinə çətinliklə getdiklərini xatırladıb və metropoliten rəisinin bu cür yanaşmasının absurd olduğunu vurğulayıb:

“Metro tikintisi bu cür düşüncə ilə aparılacaqsa, bizi böyük bir xəyal qırıqlığı gözləyir. Metro rəhbərliyində dəyişiklik olandan sonra gözləyirdim ki, birinci müjdə Bakıxanova metro çəkilməsi olar. Çünki bu qəsəbədə 200 min əhali yaşayır. Bu insanlar şəhər və şəhərətrafı ərazilərə əziyyətlə, əzabla hərəkət edirlər.

Deməli, kimsə onların şəhərə əzabla gəlməyini vacib sayır. Bu isə artıq vətəndaşa xidmət deyil”.

Tarix
2026.05.15 / 13:21
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

300 min azərbaycanlının qayıdışından kim danışır?

İlham Əliyev Qazaxıstana getdi - Foto

Szinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Ukraynanın ölkəmizdəki səfirliyi bayraqları endirdi

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla