Yuxarı

Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı yenilik

Bakı Metropoliteninin "bənövşəyi xətt"i üzrə inşa ediləcək yeni stansiyalarda yeddivaqonluq qatarlar hərəkət edəcək.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni stansiyaların platformaları "qırmızı" və "yaşıl" xətt üzrə fəaliyyət göstərən stansiyaların platformasından böyük olacaq:

"Hazırda istismarda olan "qırmızı xətt" üzrə stansiyaların platformalarının uzunluğu 102-105 metrdir. Həmin stansiyalar 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Amma "bənövşəyi xətt" üzrə inşa edilən və yeni tikiləcək stansiyaların platformalarının uzunluğu 144 metrdir. Həmin xətt üzrə hərəkət edəcək qatarlar yeddi vaqondan ibarət olacaq".

B.Məmmədov bildirib ki, yeni inşa ediləcək "yaşıl xətt" üzrə stansiyalar da beşvaqonluq qatarlar üçün nəzərdə tutulacaq.

Xatırladaq ki, 2030-cu ilə qədər Bakı Metropoliteninin "yaşıl" və "bənövşəyi" xətləri üzrə 10 yeni stansiya inşa edilərək istifadəyə veriləcək.

Tarix
2026.05.15 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla