Yuxarı

Tahir İmanov: Camaat bizim dalımızca danışırdı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tahir İmanov: Camaat bizim dalımızca danışırdı...

İstər KVN-li, istər KVN-dən sonrakı illərdə bizim həyatımızın mənası yalnız Şuşa olub.

Kult.az xəbər verir ki, bunu əməkdar artist Cabir İmanovla vida mərasimi zamanı onun qardaşı Tahir İmanov deyib.

“Çünki təməlimiz bəstəkar Süleyman Ələsgərov tərəfindən belə qoyulmuşdu. Eşq olsun bizi Qarabağa gətirən, müzəffər Ali Baş Komandanımıza. İnanın ki, müharibə başlayan gün Cabir özünə yer tapa bilmirdi. Bunu birinci dəfədir açıqlayıram. Anam da, atam da buradadır. Gəldi dedi ki, ailəmi sənə tapşırıram, mən müharibəyə gedirəm. Bunu həmin o insanlara, həmin o jurnalistlərə deyirəm, bizim dalımızca danışırdılar, deyirdilər ki, siz kefdəsiniz, amma camaat orda savaşır. Bəli, camaat savaşır, bəs siz hardan bilirsiniz Cabirin ürəyində nələr var idi? Dedim, Cabir, sən necə deyirsən, elədir. Getdi. Amma dövlətimiz dedi ki, hələ sənin növbən gəlib çatmayıb, Cabir, sən gözləməlisən. Ondan xəbərsiz mən də getdim, amma ona heç nə demədim, çünki bilirdim ki, nəsə olsa, mütləq mənim ailəmə başçılıq edəcək. Biz belə böyümüşük”, - o bildirib.

Tarix
2025.09.30 / 15:12
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla