Yuxarı

Fəxrəddin Altun Azərbaycandadır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK)-in sədri Fəxrəddin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Konstitusiya Məhkəməsindən Axar.az-a verilən məlumata görə, sədr Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslandığını bildirib.

Sədr vurğulayıb ki, iki qardaş ölkə arasında sarsılmaz münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir.

Daha sonra Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fəxrəddin Altun bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlıq qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edəcək.

Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, insan hüquq və azadlıqlarının qorunması və digər hüquqi məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.

Tarix
2025.09.30 / 16:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşdü - Foto

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan

İtaliya prezidenti Azərbaycana gəldi - Foto

Əli Əsədov Lukaşenko ilə görüşdü - Foto

Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi - Foto

Azərbaycan bu ölkədə səfirlik açır

Bunu İlham Əliyevə ilk dəfə Tramp dedi

Ukraynada əsir düşən azərbaycanlıdan etiraf - Video

Tramp bu qanı durdurmağa yaxındır - Ərdoğan dəstək verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla