Yuxarı

Gürcüstan televiziyasında Azərbaycan mahnısı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan televiziyasında Azərbaycan mahnısı - Video

Gürcüstanın İctimai Yayımçısı olan Birinci kanalın “Ranina” uşaq müsabiqəsində Azərbaycan mahnısı təqdim olunub.

Kult.az Teleqraf-a istinadən xəbər verir ki, layihənin ikinci turunda ilk çıxış edən Tiflisdən olan iştirakçı 12 yaşlı Qabriel Bodaveli musiqisi Tofiq Quliyevə, sözləri Zeynal Cabbarzadəyə aid və Şövkət Ələkbərovanın repertuarından olan “Tez gəl” ("Yar gəlir görüşə") mahnısını ifa edib.

Mahnıda muğam parçasına da yer verilib, ifaçını səhnədə aşıq Nargilə Mehtiyeva sazda müşayiət edib. Azərbaycan dilində ifanın düzgün təqdim olunması üçün məşqlərdə N.Mehtiyeva ilə yanaşı Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva da yaxından iştirak edib.

Q.Bodavelinin Azərbaycan dilində ifasını münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Jüri üzvləri onun ifasını bütün göstəricilər üzrə 9 və 10 xalla qiymətləndiriblər.

Qeyd edək ki, VIII mövsümdür təşkil olunan “Ranina” müsabiqəsində 8 yaşdan 14 yaşadək ifaçılar yarışır. Müsabiqənin bir mərhələsində iştirakçılar xarici ölkələrin tanınmış mahnılarını ifa edirlər.

Yarışmanın qalibi Gürcüstanı builki “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil edəcək. Müsabiqə dekabrın 13-də Tiflisdə keçiriləcək.

Xatırladaq ki, “Ranina”nın əvvəlki mövsümlərində də Azərbaycan mahnıları təqdim olunub. Müsabiqənin V mövsümündə Oto Bazeraşvili Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını, VI mövsümündə isə Anastasiya Vasadze “Laçın” xalq mahnımızı ifa edib.

Tarix
2025.09.27 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla