Yuxarı

Müharibə bitdi, Xanı anladı ki, uduzub - zamanı…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə bitdi, Xanı anladı ki, uduzub - zamanı…

Bəlkə də ora ölməyə getmişdi Xanı.

Polkovnik-leytenant Raquf Orucov Ağdamda hərbi hissə komandiri olanda Xanının da xidmət keçdiyi kəşfiyyat bölüyünə tez-tez gedirmiş. Bunun iki səbəbi vardı:

1. Raquf özü kəşfiyyatçı idi və onlarla xüsusi maraqlanırdı.

2. Xanıya "Ana segahı" oxudurdu.

Bütün bunları mənə Xanı danışmışdı. Deyirdi, hər oxuyanda necə qüssələnirdisə, məəttəl qalırdım.

Murov Qartalına adi bir ifa niyə bu qədər təsir erdirdi?

Xanı sonralar öyrənib ki, Raqufun anası kəndləri alınan gecə şəhid olub...

Xanı ləqəbi ona - Səyyaf Əhmədova səsinə görə, Xan adına bənzədilərək verilmişdi.

Qorxmaz adam idi. İlan gülləyə atılan kimi atılırdı ölümə. O boyda odun-alovun içindən keçdi, ağır yaralandı, ölmədi, amma sülh vaxtı minadan qoruna bilmədi.

Özü də keçmiş təmas xəttində!

Düşmən əsgərləri orada varkən ehtiyatı əldən vermədən keçib gedirdi, indi bacarmadı. Qələbəyə arxayın oldu.

Amma bəlkə də ora ölməyə getmişdi Xanı.

Qələbədə böyük sevinclərlə yanaşı həm də qəfil bir boşluq olur. Sanki həyatın mənası itir. İnsan bütün hallarda uduzduğunu başa düşür.

Ən azı zamanı uduzduğunu...

Ölümsə zamansızlıqdır, çəkisizlikdir, "Ana segahı"nın içidir...

Xanı indi öz səsinin içində Raqufla yanaşı addımlayır...

Yəqin, xoşbəxtdir.

Heç olmasa indi...

Tarix
2025.09.25 / 16:10
Müəllif
Şərif Ağayar
Digər xəbərlər

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla