Yuxarı

DSX hərbçiləri Zəngilanda cüyür balasını xilas etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSX hərbçiləri Zəngilanda cüyür balasını xilas etdi - Video

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar ediblər.

Bu barədə Axar.az-a DSX-dən məlumat verilib.

Bildirilib ki, baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib. Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür:

"İşğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzində saxlanılır. Xidməti ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və ekosistemin mühafizəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl tədbirlər həyata keçirilir".

Tarix
2026.05.26 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla