Yuxarı

AB Ukraynaya dron və raketlər üçün əlavə vəsait ayıracaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Ukraynaya dron və raketlər üçün əlavə vəsait ayıracaq

Avropa Birliyi (AB) gələn həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına əlavə vəsait ayıracaq.

Axar.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen oktyabrın 11-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

O, X sosial şəbəkəsindəki paylaşımında Ukrayna xalqı ilə həmrəyliyini və Zelenskiyə tam dəstəyini ifadə edib.

“Ukrayna bu həftə Avropa Şurasının gündəliyində əsas məsələlərdən biri olacaq. Biz gələn il üçün maliyyə ehtiyaclarını və Kiyevə beynəlxalq dəstəyin artırılması yollarını müzakirə edəcəyik. Həmçinin bu həftə AB Ukraynanın müdafiəsini gücləndirmək və hava məkanını qorumaq üçün dron və raketlərin alınmasına əlavə maliyyə vəsaiti ayıracaq”, - deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.

O əlavə edib ki, AB tezliklə Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı danışıqların iki yeni istiqaməti üzrə məsləhətləşmələrə başlayacaq.

Tarix
2026.10.11 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla