Yuxarı

Şok ittihamla saxlanılan milyonçu Qaraşov əslində kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok ittihamla saxlanılan milyonçu Qaraşov əslində kimdir?

İş adamı Bəxtiyar Dali (Qaraşov) zorlamağa cəhd və qanunsuz azadlıqdan məhrumetmə ittihamları ilə gündəmə gəlib. Novxanı qəsəbəsindəki milyonluq malikanəsi ilə tanınan 66 yaşlı şəxsin barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilməsi onun həyatına və fəaliyyətinə diqqəti artırıb.

Bəs uzun illər Rusiyada yaşayan, hərbi mühəndis kimi fəaliyyət göstərdiyi bildirilən Bəxtiyar Dali kimdir, necə tanınıb?

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Bəxtiyar Dali 1960-cı ildə Abşeron rayonunun Novxanı kəndində anadan olub. Əsl soyadı Qaraşovdur, uzun illər Rusiyada yaşayıb. Özünün verdiyi məlumata görə, hərbi mühəndis kimi fəaliyyət göstərib.

O, Azərbaycanda daha çox Novxanı qəsəbəsində yerləşən dəbdəbəli malikanəsi ilə tanınıb. Bir neçə milyon manat dəyərində olduğu bildirilən mülk onun adı ilə bağlı xəbərlərin əsas mövzularından birinə çevrilib.

Bəxtiyar Dalinin malikanəsi yalnız qiyməti ilə deyil, interyerindəki qeyri-adi detallarla da diqqət çəkib. 2023-cü ildə satışa çıxarılan dörd mərtəbəli mülkün 10 otaqdan ibarət olduğu, burada 40 nəfərlik klub, idman zalı, sauna və barın yerləşdiyi bildirilir. Həyətdə 150-dən çox ağac, eləcə də dəyəri 200 min dollar göstərilən şəlalə var.

2024-cü ildə isə onun villasının 6 milyon manatdan baha satıldığı barədə məlumat yayılıb.

Dali Rusiyada yaşadığı dövrdə müxtəlif ölkələrə səfər etdiyini, malikanəsində isə dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərlərini topladığını bildirib.

Bəxtiyar Dali peşəkar müğənni kimi tanınmasa da, musiqiyə maraq göstərib. 2021-ci ildə müğənni Turan Səfərli ilə duet ifa edib.

Onlar əfsanəvi Müslüm Maqomayevin repertuarından “Синяя вечность” mahnısını birlikdə səsləndiriblər. Duet üçün klip də çəkilib.

Bəxtiyar Dali 2026-cı ilin iyulunda Sumqayıt ərazisindəki hotel-restoranlardan birində baş verdiyi bildirilən hadisə ilə əlaqədar saxlanılıb.

İstintaq materiallarına əsasən, ona Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Bəxtiyar Dali hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.

Tarix
2026.11.04 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla