Rusiya İrana 135 mütəxəssis göndərdi
01:00
| Ana səhifə Planet |
|
Bolqarıstanın Dunay çayının sahilində yerləşən Ruse şəhərində oktyabrın 11-də yeni bir temperatur rekordu qeydə alınıb - hava 33,7 dərəcə selsiyə qədər isinib.
Axar.az BTA-ya istinadən xəbər verir ki, həmin tarix üçün əvvəlki rekord 1924-cü ildə qeydə alınıb. O zaman havanın temperaturu 30,5 dərəcə təşkil edib.
Beləliklə, yeni göstərici əvvəlki rekordu 3,2 dərəcə üstələyib.
Rusedə oktyabrın 11-i üçün ən aşağı temperatur isə 1979-cu ildə qeydə alınıb. Həmin gün havanın temperaturu cəmi 1 dərəcə isti olub.
|
Tarix
2026.10.12 / 00:16
|
Müəllif
Axar.az
|