Yuxarı

Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının 2026-cı il mövsümünün 17-ci mərhələsi olan Sinqapur Qran-prisinin qalibi olub.

Axar.az xəbər verir ki, ikinci yeri "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler tutub. "Mersedes"in italiyalı sürücüsü Kimi Antonelli isə yarışı üçüncü pillədə başa vurub.

Bununla Ferstappen ardıcıl ikinci qələbəsini qazanıb. Dördqat dünya çempionu karyerasında ilk dəfə Sinqapur Qran-prisində qalib gəlib.

Ümumi sıralamaya 340 xalla Kimi Antonelli başçılıq edir. "Mersedes"in britaniyalı pilotu Corc Rassell 238 xalla ikinci, "Ferrari"nin britaniyalı sürücüsü Lyuis Hemilton isə 229 xalla üçüncü yerdədir.

Konstruktorlar kubokunda "Mersedes" 578 xalla liderdir. "Ferrari" 444 xalla ikinci, "McLaren" isə 339 xalla üçüncü pillədə qərarlaşıb. Dünya çempionatının növbəti mərhələsi olan ABŞ Qran-prisi oktyabrın 23-dən 25-dək Texas ştatının Ostin şəhərində keçiriləcək.

Tarix
2026.10.11 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla