Yuxarı

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Ermənistan və ABŞ arasında TRİPP ("Tramp marşrutu") layihəsi üzrə çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq.

Axar.az "Nyus.am"a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Ermənistan və ABŞ arasında TRİPP layihəsi üzrə bu gün paraflanmış strateji əməkdaşlıq haqqında çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq", - o bildirib.

Mirzoyan bildirib ki, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb, lakin hər iki ölkədə başa çatdırılmalı olan texniki prosedurlar qalmaqdadır.

"Bu prosedurlar bir neçə həftə ərzində başa çatdırılacaq və biz yekun sənədi imzalayacağıq", - nazir əlavə edib.

O qeyd edib ki, hazırlıq çərçivəsində daha bir sıra sənədlərin, xüsusən də TRİPP şirkətinin nizamnaməsinin imzalanması zəruridir.

Mirzoyanın sözlərinə görə, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.

"Bir sıra ölkələr müxtəlif istiqamətlərdə, xüsusən də materialların, relslərin tədarükü, tikinti və proqram təminatı üzrə layihəyə maraq göstərir. Biz artıq bir sıra tərəfdaşlarla ilkin müzakirələr və fikir mübadiləsi aparmışıq, lakin mən hələlik hər hansı nəticə çıxarmaq və ya adlar çəkmək istəməzdim", - o vurğulayıb.

Tarix
2026.05.26 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla