Yuxarı

Leyla və Arzu Əliyevalar uşaq evini ziyarət etdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla və Arzu Əliyevalar uşaq evini ziyarət etdilər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

Axar.az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva müəssisədə tərbiyə alan uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib və gündəlik məşğuliyyətləri ilə maraqlanıblar. Görüş çərçivəsində uşaqlarla birlikdə dulusçuluq nümunələri hazırlanıb. Onlar uşaqların yaradıcılıq prosesini izləyib, onlarla xoş vaxt keçirib və hədiyyələr təqdim ediblər.

Daha sonra uşaqlar üçün animasiya filmləri nümayiş olunub. Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birlikdə filmləri izləyiblər.

"Azərbaycan Animasiya Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlara "İsi və Piti" animasiya serialının bölümləri, eləcə də müxtəlif maarifləndirici və əyləncəli animasiya filmləri təqdim olunub. Nümayiş olunan filmlər uşaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbir uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı və milli animasiya filmlərinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tarix
2026.05.26 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla