Yuxarı

DİM-in WUF13-ə “hədiyyəsi”: maksimum maneə, əsəb...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİM-in WUF13-ə “hədiyyəsi”: maksimum maneə, əsəb...

Bu gün Bakıda olduqca mühüm və beynəlxalq əhəmiyyətli tədbir - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başladı.

Miqyasına görə bəlkə də COP29-la müqayisə oluna bilər: dünyanın 180-dən çox ölkəsindən gələn minlərlə nümayəndə, eyni zamanda prezidentlər, baş nazirlər, baş nazir müavinləri, nazirlər səviyyəsində təmsilçiliklər...

Tədbirə görə ciddi hazırlıq işləri aparılıb: Bakının bəzi küçələrində qonaqların daşınması üçün xüsusi zolaqlar ayrılıb, sürücülərə əvvəlcədən xəbərdarlıq edilib ki, Forumun keçirildiyi 17-22 may tarixlərində şəxsi nəqliyyat vasitələrindən az istifadə etsinlər, çünki yolların müəyyən müddətə bağlanması ehtimalı var. Bakıya eyni gündə gələn onlarla ölkənin rəhbərinin təhlükəsizliyini təmin etmək, onların tıxacda ilişməməsinin qayğısına qalmaq vacibdir.

Aylardır hazırlıq gedir: o səviyyədə ki, paytaxtdakı məktəblərin ibtidai sinifləri üçün 1-5 may tarixində ənənəvi yaz tətili 18-22 may tarixinə dəyişdirildi; Bakının 12 rayonundan 7-də 5-11-ci sinif şagirdləri distant formada tədrisə keçirildi; bəzi iş yerləri onlayn formada çalışa bilən işçilərinə məsafədən işləmək imkanı təklif edib bu həftə üçün və s.

Yəni aylardır bütün mümkün vasitələrdən istifadə edilir ki, 17-22 may tarixlərində Bakı yollarının yükü azalsın. Əlbəttə, bura xüsusilə 17 may - Forumun açılış günü daxildir.

Bəs, bizim hörmətli Dövlət İmtahan Mərkəzi nə edir?

17 maya, Forumun açıldığı və qonaqların Bakıya kütləvi axışdığı günə imtahan salır - həm də 1 deyil, bir neçəsini...

Bu gün Dövlət İmtahan Mərkəzi həm ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd), həm də əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən və ya tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.

Diqqət edirsinizmi? Orta məktəb imtahanları bitib, blok imtahanları hələ başlamayıb. Amma DİM təkrar imtahan, hansısa səbəbdən əvvəlki imtahanda iştirak etməyənlərə növbəti şans... - nə mümkündürsə, nə qədər insanı imtahana cəlb etmək olarsa, o miqdarda Forumun açılış günündə Bakı küçələrini abituriyentlə yükləməyə çalışdı.

Əlbəttə, bu gün normadan qat-qat artıq yağış yağacağı yalnız 2-3 gün öncə proqnozlaşdırıldığı üçün bu xüsusda hər hansı irada ehtiyac yoxdur və tədbirin vaxtını da dəyişmək mümkün deyildi. Ancaq 17 mayda WUF13-ün açılışının olacağını az qala min il əvvəl rəhmətlik Təbəri də öz tarix kitabında yazıb. Forumun açılış tarixini məgər DİM bilmirdi?

Həm də saat 10:00-a təyin edir imtahanı. Və Foruma görə məhdudiyyət tətbiq edilmiş yollarda qalan, imtahanlara gecikmə narahatlığı yaşayan abituriyentlərin narazılığı sosial şəbəkələri başına götürür.

Maraqlıdır: DİM 17 may tarixinə bu qədər imtahan salmaqla nəyə nail olmağa çalışdı?

Hədəfi nədir? Nə istəyir? Kimə mane olmaq və yaxud kimləri narazı salmaqdan ötrü çalışır?

Tarix
2026.05.17 / 23:44
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla