
Bakıda əməliyyat: qadın saxlanıldı - Video
13:42
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bu gün Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Axar.az-a Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işlərinə görə mayın 14-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsi və dəmir yolu xəttinə yaxın yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Tarix
2025.05.14 / 09:32
|
Müəllif
Axar.az
|